Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nazirliyin inzibati binasındakı Ulu Öndərin büstü önünə əklil qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil Azərbaycan Respublikasının yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə