Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında ekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz

Dekabrın 12-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...