Yeni Suraxanı qəsəbəsinin daxili yolları təmir ediləcək - SƏRƏNCAM

Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 9-da “Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Suraxanı rayonunun 17 min 800 nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...