Əli Kərimli saxtakarlığını necə ifşa edir? SİYASİ RAKURS

AXCP sədri danışıb-yazdıqca, blogerlik fəaliyyətini artırdıqca, özünü daha çox açığa çıxarmış olur

AXCP sədri Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə saxta profillər açdırıb “siyasət yürütməsi”, yalançı profillərlə “like”lər (bəyənmələr) yığıb, bunu “siyasətinin uğuru” qismində zorla ictimai rəyə sırıması cəhdləri kimsəyə sirr deyil. Məsələn, bir dəfə məlum olmuşdu ki, AXCP sədri Ə.Kərimlinin “facebook”dakı çıxışlarından bir neçəsini AXCP gənclər komitəsinin profilində on-on beş nəfər bəyənsə də, onun öz profilindəki videoçıxışını “1,5 min” nəfər “bəyənib”, üstəlik “1.024” nəfər tərəfindən “paylaşım” olunub (?) Sual olunur: əgər Kərimlinin öz profilində bəyənmələrin sayı “mini” ötürsə, bu zaman AXCP-yə məxsus digər profillərdə həmin paylaşımların sayı necə on-on beş “like” sayları ilə ölçülür? Əslində, bununla bir daha sübut olunur ki, AXCP sədri yalnız özünə təskinlik verir və insanları saxta rəqəmlərlə aldadır, ya da saxtakarlığını həmin yalanları vasitəsi ilə ictimai rəyə zorla sırımaqla məşğuldur. Bu isə Ə.Kərimli barədə yenilik deyil...

Yıxılan Əli Kərimlidir!

AXCP sədrinin sosial şəbəkələrdəki çağırışlarının nəticəsiz qalması da göz önündədir. O, hər dəfə hakimiyyətə qarşı müxtəlif ittihamlar irəli sürsə də, onların heç birini sübuta yetirə bilməyib. O cümlədən, bu günə qədər onun maliyyə fırıldaqlarını sübuta yetirən yüzlərlə faktlar ictimai rəyin diqqətinə çatdırılsa da, ona əldə etdiyi milyonlarla manat gəlirin haradan əldə edilməsi barədə çoxsaylı suallar ünvanlansa da, həmçinin, bank maxinasiyaları vasitəsi ilə korrupsiya əməlləri tam şəkildə isbatlansa da, nədənsə həmin suallara cavab verə bilməyib. Gedib-gəlib ölkənin neft gəlirləri ətrafında “riyaziyyatçılıq ” edən AXCP sədri hələ də anlamır ki, rahat şəkildə müxalifətçilik edib pul qazandığı ölkənin sabitliyi məhz dövlətin neft və s. gəlirlərindən əldə edilən vəsaitlər hesabınadır. Çünki bu ona sərf etmir. Çünki özünü müxalifətin “lideri” hesab edir, ona görə də yalan, böhtan, təxribat xarakterli çıxışlar etməyi özünə necə deyərlər, “borc” bilir. Əbəs deyil ki, bu gün ölkədə aparılan və dinamikliyi ilə seçilən nəhəng, çoxşaxəli islahatlara qarşı ağız-burun əyir, xalqın və dövlətin maraqları naminə atılan mütərəqqi addımlara badalaq vurmağa çalışır. Amma unudur ki, onun vurmağa cəhd elədiyi badalaqlar özü-özünədir, yəni yıxılan dövlət və xalq deyil, elə Ə.Kərimlinin özüdür!

AXCP sədri insanların şüuraltı hisslərinə müdaxilələr edib, özünü bütləşdirməyə cəhdlər göstərir

Başqa tərəfdən, sosial şəbəkədəki söyüş qrupları vasitəsi ilə ona qarşı çıxanları, onu rədd edənləri, siyasətini tənqid edənləri təhqirlər etdirən AXCP sədri sözügedən planının baş tutmadığını görüb, sərsəm-sərsəm çıxışlar edir, insanların şüuraltı hisslərinə müdaxilələr edib, özünü bütləşdirməyə cəhdlər göstərir. Amma alınmır və Ə.Kərimli anlamır ki, bu gün sərhədlərimizin qorunmasından başlayaraq, Qarabağ və Naxçıvan cəbhəsində düşmənə layiqli cəzalar verən şanlı Ordumuzun regionda ən güclü Silahlı Qüvvələr sırasında yer almasınadək əldə edilən hər bir uğurun əsasında dövlət apardığı uğurlu neft və qeyri-neft siyasəti strategiyası, habelə iqtisadi islahatlar və ondan doğan reallıqlar dayanır. Bu pullar bilavasitə dövlətin daha güclü və daha qüdrətli olmasına xərclənib və xərclənməkdədir ki, indi həmin siyasətin sayəsində Azərbaycanda müstəqil siyasət yürüdülür, heç bir xarici qüvvələr öz maraqlarını ölkəmizdə reallaşdırmağa cürət etmir və edə də bilməz!

Elçibəyə qarşı murdar siyasətin aparıcı “siması”

Onu da xatırlatmaq olar ki, bu həmin “həqiqət axtarışında” olan Ə.Kərimlidir ki, başının üzərindən asdığı və həyasızcasına “liderim” adlandırdığı mərhum Əbülfəz Elçibəyin portreti altında oturmasına rəğmən, həmin liderinə qarşı ən çirkin kampaniyalar aparıb, onun ölümünə, həyatını itirməsinə səbəb olub. Əbəs yerə deyil ki, mərhum Elçibəy “Əli Kərimli mənim deyil, Azərbaycan xalqının düşmənidir” frazasını işlədib, bu bolşevik təfəkkürlü komsomolçunu, KQB agentini və sukasını ifşa etmişdi. Bu arada onu da xatırladaq ki, məhz Elçibəyin sui-qəsd nəticəsində öldürülməsi iddiaları və həmin iddialar içində Ə.Kərimlinin, Qənimət Zahidin, Gözəl Bayramlının eləcə də digər cəbhəçilərin əllərinin olması barədə də məsələ istintaqdadır...

Elçibəyə “siflis xəstəsi”, “içki düşkünü və murdar alkaş” tipli ifadələri də məhz Ə. Kərimli AXCP daxilində yaratdığı qiyamçı “Yurd” qruplaşması, həmin qruplaşmanın əlinə keçirdiyi mətbuatlar vasitəsi ilə ictimailəşdirmişdi. Nəticədə o, “liderim” dediyi Elçibəyin sədrlik kreslosunu mənəviyyatdan kənar və ləyaqətsizlik yolları ilə ələ keçirdi, işğal etdi və indi partiyasında diktatura rejimi qurub, avtoritar idarəçiliyi yürüdür.

Əli Kərimlinin Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!

Ə.Kərimlinin oğlu Türkel Kərimli xarici ölkədə büdcəsi yüz minlərlə ölçülən ali təhsil müəssisəsində təhsil aldı, arvadı Samara isə, bu gün də biznes şəbəkəsi idarə etməkdədir. Ümumiyyətlə, AXCP-də despot siyasəti yürüdən Ə.Kərimli oğlu T.Kərimlini də özü kimi milli satqın və şəxsiyyətsizlik timsalında böyüdübdür desək, heç də yanılmarıq.

Biz, hələ AXCP sədrinin yaxınlarından, tərəfdaşlarından gizlətdiyi biznesləri barədə danışmırıq ki, həmin şəbəkəyə aptek, tikinti və s. profillər aid olunur. Məgər bütün bunlar Kərimlinin AXCP-ni despotçu və avtoritar idarəçilik rejimində saxlaması faktları hesab edilə bilməzmi?! Yaxud, nəyə görə Ə.Kərimli “haqq-ədalət” bağırarkən, dövlətin pulunu “mənim pulum” adlandırarkən, əldə etdiyi yüz minlərlə gəlirlərdən sıravi cəbhəçilərə maaş ödəmir?! Nəyə görə Ə.Kərimli erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb qurumlarından aldığı maddi vəsaitləri gizlədir?! Axı lazım gələrsə, həmin faktlar ortaya çıxacağı halda o qarşısına çıxdığı sıravi cəbhəçilərin üzlərinə necə baxacaq? Əslində onda olan simasızlıq belə baxmalara imkan yaradır – utanmasan oynamağa nə var ki..?

Yəni bu onun üçün problem deyil. Necə deyərlər, siyasi fahişədən, şəxsi maraqları üçün istənilən tərəfə ayağı sürüşən, altlara yıxılan ünsürlərdən hər alçaqlığı gözləməyə dəyər. Məgər o oğlu Türkel Kərimlini ABŞ-da bilavasitə Amerikanın erməni lobbisi tərəfindən təşkil olunmuş ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycan əleyhinə dinləmələrinə göndərərək, qondarma “DQR”in prezidenti Bako Saakyanın oğlunun çıxışına əl çaldırmamışdımı?! Yəni bunu Azərbaycan xalqı unudubmu? Ümumiyyətlə, Ə.Kərimli xalqın bu rüsvayçılığı unudacağınımı hesab edir? Əsla, xalq və tarix heç nəyi və heç kimi unutmur! Və bütün bunlardan sonra Ə.Kərimlinin Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!

Artıq, bu sualın da cavabını yəqin ki, müvafiq orqanları versələr daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır. Hətta o qədər qabarmaqdadır ki, tamamilə yetişib…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...