Komitə evdar qadınlara dövlətin dəstək verməsi məsələsini qaldırıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, komitə evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb. SİA-nın verdiyi məlumata görə, komitə sədri son iki ildə Azərbaycanda Prezidentin təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrıldığını bildirib.
“Təəssüf ki, ölkəmizdə hələ də işləməyən qadınlar var. Bəzi ölkələrdə evdar qadınların əməyinin daha yüksək qiymətləndirilməsi üçün xüsusi vəsait ayrılır. Uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”, - deyə o əlavə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB