Kəngərli rayonu üzrə səkkiz ayda 3297 sığorta müqaviləsi bağlanılıb
Kəngərli rayonu üzrə cari ilin 8 ayında, ümumilikdə, 3297 sığorta müqaviləsi bağlanılıb. Onlardan 685-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1438-i daşınmaz əmlakın icbari sığortası, 1174-ü isə könüllü sığortalar üzrə müqavilədir. Rayon üzrə sığorta işinin ümumi həcmi ötən ilin eyn dövrü ilə müqayisədə 6,3 faiz artıb. SİA xəbər verir ki, bu faktlar Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək, Kəngərlidə sığorta sahəsində görülmüş işlər haqqında məlumat verib.
Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov isə bildirib ki, bu il iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında agentlik qarşısında muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması vəzifəsi qoyulub. Həmin vəzifələrin icrası bu gün diqqət mərkəzində saxlanılır.
“Hər bir hüquqi və fiziki şəxs vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, müəssisə əmlakına, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat almış olur”, – deyən Hikmət Əsgərov vurğulayıb ki, Kəngərli rayonunda sakinlər arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsi zəruridir. Könüllü sığorta növləri vətəndaşların ümumi yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də bu sahədə aparılan maarifləndirmə və təşkilati işlər də genişləndirilməlidir.
Tədbirdə Kəngərli Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Polis Şöbəsinin Dövlət yol patrul qrupunun baş dövlət avtomobil müfəttişi Hüseyn Əliyev görülmüş işlər barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB