Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmət göstəriləcək - FOTOLAR

Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmət göstəriləcək - FOTOLAR

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Fəaliyyətin əsas istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.

Xidmət çərçivəsində Bərdə rayonunun Yenidaşkənd (ətraf kəndlər daxil olmaqla), Bacirəvan (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilib. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olub.

Qeyd olunan ərazi vahidlərində yaşayan 32 nəfər əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilib.

Vəziyyət qiymətləndirildikdən sonra səyyar hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə