"Avropa çempionatında komandamız qızıl medal qazandı" - ÖZƏL- FOTOLAR

"Avropa çempionatında komandamız qızıl medal qazandı" - ÖZƏL- FOTOLAR

"İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında komandamız qızıl medal qazandı. Bu, böyük uğurdur. İtaliyada Azərbaycanın himnini səsləndirdik. Bu qüruru yaşamaq hər bir idmançının istəyidir. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Komandamız bu yarışa səylə hazırlaşmışdı və bəhrəsini də gördük". SİA-nın məlumatına görə, bu sözləri Paralimpiya Komitəsinin qızlardan ibarət komandasının baş məşqçisi, "Bakı Paralimpiya Cüdo Klubu"nun rəhbəri, Paralimpiya çempionu Ramin İbrahimov deyib.

O, əlavə edib ki, qazanılan uğur münasibəti ilə Azərbaycan Paralimpiya Komitəsinin rəhbərliyini, komandamızın üzvlərini və əməyi keçən insanları təbrik edirəm.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə