İsmayıllıda tələbələr üçün yay məktəbi təşkil edilib

İsmayıllıda tələbələr üçün yay məktəbi təşkil edilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri üçün İsmayıllı rayonunda 5 günlük yay məktəbi təşkil edilib. Yay düşərgəsində Fondun müraciəti əsasında 7 universitetin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr iştirak edirlər. Fonddan SİA-ya bildirilib ki, açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllıda yerləşən abidəsi ziyarət edilib, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar geniş dünyagörüşə, yüksək mədəni keyfiyyətlərə malik olmalı, mənəvi dəyərlər əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim milli kimliyimizi, tariximizi, dilimizi, dəyərlərimizi yaxşı bilməlidirlər. Yay məktəbinin təşkilində əsas məqsəd regionun tarixi abidələri, mədəniyyəti ilə yaxından tanış olmaq, dəyərlərimizi öyrənməkdir.

İyulun 12-dək davam edəcək yay məktəbinin iştirakçıları üçün İsmayıllı və Qəbələ rayonlarında yerləşən tarixi-mədəni abidələrlə tanışlıq, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış və oyunların təşkili, eləcə də ekspertlərin iştirakı ilə mədəni müxtəlifliklə bağlı müxtəlif mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə