Azərbaycandan 12 ölkəyə xidməti axtarış itləri göndərilib

Azərbaycandan 12 ölkəyə xidməti axtarış itləri göndərilib

"Hazırda Kinoloji Xidmət Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur. Azərbaycandan 12 ölkəyə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. Onun sözlərinə görə, bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır.

İ.Osmanov, həmçinin qeyd edib ki, itin saxlanma xərci onun cinsindən, çəkisindən və qida rasionundan asılıdır: "Məsələn, alman ofçarkasının bir illik saxlanma xərci 1000-2000 manat arasında dəyişir".

Bütün xəbərlər Facebook səhifəmizdə