Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbir-ləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2019-cu il 02 yanvar tarixində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşları 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri-lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy-yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il 03 yanvar tarixində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə-dov Danil Səfərəli oğlu saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olun, barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB