DGK-nın Çağrı Mərkəzi 2467 müraciəti cavablandırıb

DGK-nın Çağrı Mərkəzi 2467 müraciəti cavablandırıb

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 2018-ci ilin noyabr ayında “195/6” Çağrı Mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SİA-ya bildirilib ki, Çağrı Mərkəzinə şəxslər tərəfindən ünvanlanan 2467 müraciət cavablandırılıb.

Bu müraciətlərdən 424-ü elektron xidmətlər, 329-u gömrük ödənişləri, 322-si fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 265 müraciət, müvəqqəti idxal gömrük proseduru üçün 124, xidmətə qəbul qaydaları ilə əlaqədar olaraq 116 və digər mövzularla bağlı 887 müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə