Saxta sənədlərlə dövlət sərhədindən keçmək istədilər, amma...

Saxta sənədlərlə dövlət sərhədindən keçmək istədilər, amma...

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb. Belə ki:

- 02 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması;
- 04 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunmuş;
- 05 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması;
- 06 dekabr tarixində Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin pasportunun saxta olması müəyyən edilmiş, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunmuşdur.
- 07 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə