Misir Mərdanov: “Qiyabi təhsil formasının ləğv ilə bağlı həm Təhsil Nazirliyinin, həm də TQDK-nın fikirləri bir-birilə uzlaşır”

Misir Mərdanov: “Qiyabi təhsil formasının ləğv ilə bağlı həm Təhsil Nazirliyinin, həm də TQDK-nın fikirləri bir-birilə uzlaşır”
"Mən deməmişəm ki, qiyabi təhsil ləğv olunmayacaq. Mən dedim ki, hələlik elə ixtisaslar, peşələr, sahələr var ki, orada az sayda olsa da, qiyabi təhsili saxlamalıyıq". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, yaxın gələcəkdə şərait yaranandan sonra qiyabi təhsil bütövlükdə distant təhsillə əvəz olunacaq.

Təhsil naziri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin qiyabi təhsilin ləğvi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "TQDK sədri Məleykə Abbaszadə də açıqlamasında demədi ki, qiyabi təhsil hökmən ləğv olunmalıdır. O dedi ki, bu istiqamətdə addımlar atılmalıdır. Ona görə də bizim fikirlərimizi qarşı-qarşıya qoymayın. Qiyabi təhsil formasının ləğv ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fikirləri bir-birilə uzlaşır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə