26 yaşlı "525-ci qəzet"

Bu gün müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan "525-ci qəzet"in yaranmasının 26-cı ildönümüdür. SİA-nın verdiyi məlumata görə, 1992-ci il noyabrın 17-də qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşr bu ad altında fəaliyyətə başlayıb. Hazırda isə "525-ci qəzet"in adı ilk sıralarda çəkilir.

Vaxtilə karyeralarına "525-ci qəzet"də başlayanlar indi bir çox aparıcı qurumlarda çalışırlar. "525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.

SƏS Media Qrupun kollektivi də "525-ci qəzet"dəki həmkarlarını təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə