Əflatun Amaşov: "İnternetin funksiya və vəzifələrini müəyyən edən qanuna ehtiyac var"
“İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”. SİA-nın xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentin payız sessiyasında çıxış edərkən deyib.
Ə.Amaşov bildirib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir.
Onun sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.
Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatırladan Ə. Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB