Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub YENİLƏNİB
Bu gün Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğız Respublikasına səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə sentyabrın 3-də Çolpon-Ata şəhərində görüşü olub. SİA xəbəri yerli “Kabar” agentliyinə istinadən verir.
Azərbaycan Prezidentini hərarətlə qarşılayan Qırğız Respublikasının dövlət başçısı ölkələrimiz arasında əməkdaşlıq, aktual məsələləri müzakirə etmək üçün yaranan fürsətdən məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev dəvətə görə Qırğız Prezidentinə təşəkkürünu bildirib və Sooronbay Jeenbekovu Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüş zamanı dövlət başçıları Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın aktual məsələlərini, əvvəllər əldə edilmiş razılaşmaların praktiki icrasını və ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Prezident Sooronbay Jeenbekov Prezident İlham Əliyevi Qırğızıstana rəsmi səfərə dəvət edib və bu səfərin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm addım olacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB