Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Yolqullar kənd sakinləri ilə səyyar qəbul keçirmişdir. Kənd ərazisində açıq havada baş tutan qəbulda rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev kənd sakinlərini salamdıqdan sonra çıxışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Daşkəsən rayonunun Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatdırılması nəticəsində, kənd sakinlərinin rayon mərkəzinə müasir səviyyədə əsaslı təmir olunan asfalt yolla rahat gedib-gəlməsini ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.
Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər ilə maraqlanan və onları dinləyən RİH başçısı Əhəd Abıyev aidiyyəti orqanlara müvafiq tapşırıqlar verdi, bəzi müraciətlər isə yerindəcə müsbət həll olundu. Səsləndirilən müraciətlərə aydınlıq gətirən Əhəd Abıyev hazırda dövlətimiz tərəfindən kəndlər, onların perspektiv hərtərəfli inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.
Qəbulda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, bildirdi ki, belə səyyar qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə və körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev Cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir və inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını və problemsiz həyat sürməsini təmin edir.
Yolqullar kənd sakinləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB