Həqiqət Qədirova: “Ölkədə İİV infeksiyasının olduğu təsdiq edilən 2673 nəfər rəsmi qeydiyyata götürülüb”
"Azərbaycanda İİV/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb". SİA-nın xəbərinə görə, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşları arasında təkcə 2010-cu ilin 11 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 57,3%-i, ümumilikdə isə 1992-01.12.2010-cu il tarixinə olan dövrdə yoluxma hallarının 63,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onun sözlərinə görə, cari ilin 11 ayı ərzində Azərbaycanda 409 yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb ki, onlardan da 398-i (97,3%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2,7%) isə əcnəbi vətəndaşdır.
H.Qədirova vurğulayıb ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2010-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasının olması təsdiq edilən 2673 nəfər rəsmi qeydiyyata götürülüb: "Onlardan 2572 nəfəri (96,2%) Azərbaycan vətəndaşı, 101 nəfəri (3,8%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2139-u (83,2%) kişi, 433-ü (16,8%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 620 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 614 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 339 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 334 nəfər olub. 2572 nəfər Azərbaycan vətəndaşından 1634-də (63,5%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 618-də (24%) heteroseksual, 32-də (1,2%) anadan uşağa keçməklə, 21-də (0,8%) isə homoseksual kontakt nəticəsində, 1-də (0,04%) donor qanının köçürülməsi nəticəsində baş verib, 266 nəfərdə (10,3%) yoluxma yolu naməlumdur. 32 uşaq İİV-ə anadangəlmə yoluxub. 273 uşaq valideynlərinin QİÇS-dən dünyasını dəyişməsi nəticəsində yetim qalıb. Bunlardan 22-si hər iki valideynini, qalanları isə valideynlərdən hər hansı birini itirən uşaqlardır".
Mərkəzin direktoru qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profılaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 2006-cı ildən tədbiq edilən antiretrovirus terapiyasının hazırda 560 İİV-lə yaşayan insana cəlb olunduğunu deyən H.Qədirova bildirib ki, onlardan 230 nəfərə müalicə cari ilin 11 ayı ərzində başlanılıb. Onun sözlərinə görə, mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, respublikada İİV-infeksiyası/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB