"Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib YENİLƏNİB

"Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasıya Mərkəzinin birgə təşkilatçılığı ilə "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və digərləri iştirak edib. Konfransda ilk çıxış edən nazir Səlim Müslümov bildirib ki əmək bazarının çağırışların müəyyənləşdirilməsi dövrün əsas problemlərindən biridir. Prezidentin sosial sahədə həyata keçirdiyi islahatlar bütün sahələrdə özünü göstərir. Bunu beynəlxalq təşkilatların hesabatında görmək mümkündür. Azərbaycanda formalaşan əmək bazarının tarixindən söz açan nazir söyləyib ki, əgər əvvəllər ailələrin başlıca gəlir mənbəyi iş sayəlırdısa, sonradan məşöulluqla bağlı olmayan gəlirlər ortaya çıxdı: " Əmək qabiliyyətli əhali müəyyən yaş kateqoriyasına aiddir. Belə ki qanunvericiliyə əsasən, 15 yaşdan başlayaraq hər kəs əmək müqaviləsi ilə çalışa bilər. Azərbaycanda kişilər 63.5, qadınlar isə 60.5 yaşından pensiyaya çıxır". "1990-cı illərin əvvəllərində əhalinin artım tempi azalmışdı. Lakin xalqın təkidi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışı nəticəsində vəziyyət tamamilə dəyişdi. 2003-cü ildən etibarən demoqrafik vəziyyət dəyişməyə başlayıb. Hazırda Azərbaycanı demoqrafiya baxımından sabit ölkə hesab etmək olar" Daha sonra çıxış edən komitə sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda məşğulluqla bağlı mühüm addımlar atılır. Onun sözlərinə görə, əmək tutumlu iş yerlərinə diqqət ölkə rəhbərliyi tərəfindən dövlət tərəfindən diqqət göstərilir: "Əmək tutumlu iş yerlərinin yaradılması üçün aqrar və turizm sahələrinə xüsusi diqqət yetirilir. Milli Məclisdə də bu istiqamətdə addımlar atılır. Bu istiqamətdə marrifləndirmə, populyar və qeyri populyar işlərinin təbliği aparılmalıdır. Bildiyiniz kimi "ASAN Xidmət"də ABAD xidmətləri var ki, orada məşğulluq xidmətlərin genişləndirilməlidir". H.Rəcəbli qeyd edib ki, xidmət sahələrində çalışanların qeydiyyatı aparılmalıdır: "Bildiyiniz kimi xidmət sahələrində çalışanlarla bağlı məlumatlar gizlədilir. Bizdə şəxsi sürücülər, evlərdə xidmət göstərənlər var ki, onlar qeydiyyata alınmalıdır". Azərbaycan prezidentinin təşəbbüsü ilə ölkədə "İşsizlikdən sığorta haqqında" qanunun qəbul edildiyini deyən komitə sədri söyləyib ki, işsizlikdən sığorta ilə bağlı büdcə ayrılıb ki, bunun üçün təxminən 89 milyon manatın ayrılması nəzərdə tutulur. Amma bütün bunlara baxmayaraq məşğulluqla bağlı işlər görülməlidir". Konfransın davamında çıxış edən İqtisadı İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan iqtisadı islahatlardan söz açıb. Onun sözlərinə görə, ölkəmizdə peşəkar kadrlara ehtiyac var: " Yeni yetişən nəsil öz imkanlarını bazara çıxara bilir. Sadəcə bu imkanları artırmaq lazımdır". Konfrans panellərlə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə