Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması müzakirə olunur Sessiya
Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb
Bu gün Bakı şəhərində Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.
Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması və s. məsələlərin müzakirəyə qoyulması nəzərdə tutulub.
Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası 23 noyabr 2017-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB