AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən sərgi açılıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, sərgidə AXC-nin yaranmasını, fəaliyyətini, AXC-nin qurucularının həyatını əks etdirən 50-dək mənbə nümayiş olunur.
Burada AMEA Tarix İnstitutunun AXC-nin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası", “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı “Məqalələr və məktublar toplusu” və digər kitablar sərgilənir.
Sərgi 2018-ci ilin sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB