“Azərbaycanda insanların ölümünün ilk və birinci səbəbi ürək və damar xəstəlikləridir”-AÇIQLAMA
Azərbaycan ürək-damar xəstəliklərinə görə risk qrupu ölkələrinə daxildir. Bu barədə SİA-ya Azərbaycan Ürək Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Kamran Musayev məlumat verib. O bildirib ki, bu gün sadəcə Azərbaycan deyil, bütün dünya bu risk qrupuna daxildir. K Musayev vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, hər il dünyada 17 milyondan çox insan ürək-damar xəstəliklərindən vəfat edir. Bunun bütün xəstəliklər arasında ilk sırada olduğunu deyən AÜDCC-nin sədrinin sözlərinə görə, ürək-damar xəstəlikləri ilə ondan sonra gələn şiş xəstəlikləri ilə arasında 2 qata yaxın fərq var.
"Azərbaycanda insanların ölümünün ilk və birinci səbəbi ürək və damar xəstəlikləridir. Ancaq qeyd edim ki, artıq Azərbaycanda xəstələrimizin hər hansı bir kardioloji və ya kardiocərrahi müalicə üçün xaricə üz tutmalarına ehtiyac yoxdur. Azərbaycanda fəaliyyət göstərdiyim 10 il ərzində bu axının tamamilə tərsinə dönüşünün şahidiyəm. Bu gün tam tərsinə olaraq Azərbaycanda yaşayan xarici vətəndaşlar, ölkəmizdən kənar respublikalardan vətəndaşlar məhz kardioloji və kardiocərrahi müalicə üçün bizim xəstəxanalara müraciət edirlər. Xəstəliyin cavanlaşması prosesi də bütün dünyada olduğu kimi bizim ölkədə də gedir. Amma artıq respublikamzda heç də vəziyyət 5-10 il əvvəlki kimi deyil və şübhəsiz ki, 5 il bundan sonra daha da yaxşı olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB