Deputat hesabat yığıncağında iştirak edib

Deputat hesabat yığıncağında iştirak edib

Xəzər rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarsında Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, hesabat yığıncağında Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Xəzər İnkişaf Fondunun” icraçı direktoru Elmar Mədətov, rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, RİH başçısının müavinləri, şöbə müdürləri, rayon hüquq mühafizə orqanlarının, rayon idarə və müəssisələrinin rəhbərləri və rayon ictimayyətinin nümayyəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 12 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2017- birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə hasr olunmuş iclasda dövlət başçısının görülən işlərə verdiyi qiymət və qarşıda duran vəzifələrlə bağlı tapşırığı və göstərişləri barəsində məlumat verdi. Xəzər rayon İH-i başçısının müavini Lalə Əhmədova geniş hasabat məruzəsi ilə çıxış edərək cari ilin birinci yarsında rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

Yığıncaqda Xəzər rayon DSMF-nun direktoru Elşən Qurbanov, H.Z.Tağıyev adına NQÇİ-nin rəisi Salman Əliyev, Binə qəsəbəsindən sahibkar Nizami Heydərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev çıxış etdilər. Çıxış edənlər cari ilin birinci yarısında görülmüş işlərdən danışaraq hesabat məruzəsində qeyd olunan işləri yüksək qiymətləndirdilər.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın uğurlu nəticələrindən danışaraq ilin bütünlükdə uğurla başa çatacağına əminliyini bildirdi. O əsas diqqətin tikintisi tamamlanmamış sosial obyektlərdə işlərin yekunlaşması istiqamətinə yönəldilməsinin vacibliyini qeyd etdi. Daha sonra R.Əliyev rayonun sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, məşğulluğun artırılmasında yeni imkanlar yaradan ASAN xidmətin tabeliyində faliyyət göstərən “ABAD” la əməkdaşlıq quraraq müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə