Şirvanda yeni inşa edilmiş Gənclər Evinin açılışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Gənclər Evinin tikintisinə 2012-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin sifarişi ilə başlanılıb.
Gənclər Evi 3 mərtəbədən və zirzəmidən ibarət olmaqla ümumi sahəsi 2690,9 m2, tikinti olan sahə isə 997,7 m2-dir. 1-ci mərtəbədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin güşəsi, informasiya guşəsi, ünsiyyət və intelektual klubu, qarderob, gənclərin intelektual kulubu, inzibati otaqlar, bufet və 5 ədəd iki nəfərlik yataq otaqları vardır. 2-ci mərtəbədə vətənpərvərlik klubu, peşə yönümü mərkəzi, karyera mərkəzi, gənc iqtisadçılar klubu, texnika və iqtisadçılar klubu, istedadlıların hazırlıq laboratoriyası, komputer qrafikası, psixi-sosial reablitasiya mərkəzi, ekologiya dərnəyi, kitabxana, şərq zalı, rəsim studiyası, videostudiya, xalçaçılıq dərnəyi, diyarşunaslıq klubu, xarici dil klubu və Gənclər Evinin inzibati otaqları yerləşir. 3-cü mərtəbədə 108 nəfərlik konfrans zalı, hazırlıq otağı, 15 nəfərlik dəyirmi masa zalı, bufet və mətbəx var.
Zirzəmidə isə gənclər klubu, fitnes və bilyard zalı, masaüstü oyunlar və tenis zalı yerləşir. Eyni zamanda Gənclər Evinin həyətində mini stadion tikilərək istifadəyə verilib.
Bu gün Gənclər Evinin açılış mərasiminə Azərbaycan respublikasının 1-ci Vitse Prezidentinin köməkçisi, prezident admnistrasiyasının gənclər və idman işləri üzrə şöbə müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, millət vəkilləri Fuad Muradov və Şahin İsmayılov, Gənclər Fondunun sədri Fərhad Hacıyev iştirak ediblər.
İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra Gənclər Evinin açılışını bildirən rəmzi lent kəsilib. Sonra binanın daxilində yaradılmış şəraitlə tanışlıq olub. Müasir üslubda tikilən Gənclər Evində yaradılan şərait Şirvanlı gənclərə və yeniyetmələrə eyni dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Yeni inşa edilən Gənclər Evində fiziki cəhətdən qüsuru olan gənclər də istifadə edə biləcəklər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB