Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkədir. Rayondakı mövcud dini durum barədə məlumat verən Mübariz Əhmədzadə vurğulayıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb.
Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının önəminə toxunan Səyavuş Heydərov bildirib ki, İslam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Qeyd olunub ki, bunun üçün ilk növbədə İslam dini siyasətdən uzaqlaşdırılaraq sırf elmi-mədəni müstəvidə öz inkişafını tapmalıdır. Bu gün İslam mədəniyyətinin, İslamın elmi gücünün ön plana çıxarılması, problemlərin silah gücü ilə deyil, qarşılıqlı anlaşma və tam elmi əsaslarla həll edilməsi dünyadakı bir çox münaqişə ocaqlarını söndürməyə qadirdir.
Səyavuş Heydərov vurğulayıb ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Azərbaycanda radikal qüvvələrə qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini daha da artırır.
Müşavirədə dini radikalizmlə mübarizənin hüquqi əsasları haqqında məlumat verən Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev bildirib ki, dövlətimiz möhkəm qanunvericilik bazasına malikdir. Bu sahədə mübarizə ölkəmizin qanunvericiliyinə və beynəlxalq hüquqi aktlara uyğun olaraq həyata keçirilməkdədir. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığıdan digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Tağıyev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov dini radikalizmin dini əsas mahiyyətindən uzaqlaşdıraraq siyasətə alət etdiyini deyib. Dini radikalizmi cəmiyyətdə yayanların əsasən insanların dini savadsızlığından və dünyagörüşlərinin zəif olmasından istifadə etdiyini bildirən Malik Bilalov dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Seminar–müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlər. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq hamımızın vətəndaşlıq borcudur.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub - FOTOLAR
İqtisadiyyat 15:58Mirzoyan və Araqçi təkbətək görüş keçiriblər
Dünya 15:15Putin dünyanın yenidən bölünməsinə çağırıb
Siyasət 14:56Təbaşir qoxulu Zəfər yolu - GÜNDƏM
Sosial 14:17İnyesta: "Pedronu sevirəm"
İdman 14:01Kreml Ukraynaya qarşı qisas elan etdi
Dünya 13:54Sabah Bakıya və rayonlara yağış yağacaq
Sosial 13:53İspaniya növbədənkənar parlament seçkilərinə gedir
Siyasət 13:53İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Siyasət 13:51Dünya bazarında neft niyə bahalaşır?
İqtisadiyyat 13:48Pensiya sistemində nələr dəyişir? - EKSPERT DANIŞDI
Siyasət 13:22Məktəb bitir, amma öyrənmək bitmir - KÖŞƏ
Sosial 12:18“Milli iradədən tarixi zəfərə, zəfərdən böyük gələcəyə!”
Siyasət 09:26Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd olunur
Təhsil 05:04Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Siyasət 04:06Biləsuvar sakini həmkəndlisini bıçaqlanıb öldürüb
Hadisə 03:22ABŞ-da dəhşətli atışma - 2 ölü, 35 yaralı var
Dünya 03:05İllər əvvəl həbs edilən polkovnik vəfat edib
Hadisə 02:01"Beşiktaş"da prezident seçkisi keçirilib
İdman 01:22Biləsuvarda avtomobil aşıb - xəsarət alan var
Hadisə 01:02İranın neft naziri Möhsün Paknejad istefa verib
İqtisadiyyat 00:22"Real" bu futbolçunun maaşını ARTIRIR - ildə 30 milyon avro alacaq
İdman 4 Oktyabr 23:31Sabah Ər-Riyadda Məkkə sazişi barədə toplantı keçiriləcək
Dünya 4 Oktyabr 23:05Əhməd Yusifov dünya çempionu oldu
İdman 4 Oktyabr 22:28Çeçenistanda yeni parlament sədri seçilib - Kadırovdan PAYLAŞIM
Dünya 4 Oktyabr 22:17İrandan ADDIM - İraqla hava əlaqəsi bərpa edildi
Dünya 4 Oktyabr 22:02Fiziklər iki metrlik beton divardan keçməyi öyrəniblər...
Texnologiya 4 Oktyabr 21:52Xarici müdaxiləyə qapalı suverenlik - ANALİZ
Siyasət 4 Oktyabr 21:45Toyota ən çox satılan avtomobilini yeniləyir.,.
Texnologiya 4 Oktyabr 21:28Şəffaf donlar, geniş kostyumlar və əfsanəvi Konsyerjdə şou...
Dəb 4 Oktyabr 21:05Ən yüksək maqnezium tərkibli məhsulun adı açıqlanıb...
Sosial 4 Oktyabr 20:51Simonyan ölmək üzrə olan bir səslə “təcili açıqlama” verdi...
Dünya 4 Oktyabr 20:27“Madyar” ukraynalılara müraciət edib...
Dünya 4 Oktyabr 20:08Rusiya rəsmiləri genişmiqyaslı vəba xəstəliyinin yayılmasını gizlədirlər
Səhiyyə 4 Oktyabr 19:49Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
Dünya 4 Oktyabr 19:37Ukrayna Rusiya ilə müharibəsində dron dəstələrindən istifadə edir...
Dünya 4 Oktyabr 19:27Əhməd Yusifov dünya çempionu olub
İdman 4 Oktyabr 19:17“Dünya böyük qarışıqlıq həddindədir...”
Dünya 4 Oktyabr 19:08Millimiz Litvanı məğlub edib
İdman 4 Oktyabr 19:03Portnikov rusların “milli şikayəti”ndən danışdı...
Dünya 4 Oktyabr 18:51Səudiyyə Ərəbistanı məşhur “Joy Awards” mükafatını ləğv edir
Şou-Biznes 4 Oktyabr 18:42Gəncədə zəhərlənən şəxslərin adları məlum olub
Hadisə 4 Oktyabr 18:37Solovyev əsəbiləşdi və Tsarevlə qarşıdurma təşkil etdi...
Dünya 4 Oktyabr 18:27Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub
Sosial 4 Oktyabr 18:22Gəncədə iki nəfər zəhərlənib
Səhiyyə 4 Oktyabr 18:17Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
Dünya 4 Oktyabr 18:12Lukaşenko Kremlin planlarından sarsılıb...
Dünya 4 Oktyabr 18:06Əhməd Yusifov finalda...
İdman 4 Oktyabr 18:02Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
Mədəniyyət 4 Oktyabr 17:56Azərbaycan - Litva oyunu başlayıb - UEFA Millətlər Liqası
İdman 4 Oktyabr 17:50Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



