Van və Hakkaridə dörd əsgər və bir gözətçi həlak olub
Türkiyənin Van və Hakkari vilayətlərində terrorçularla atışmada dörd əsgər və bir gözətçi həlak olub. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Türkiyə KİV-ləri xəbər verir ki, Vanda 3 hərbçi və 1 gözətçi, Hakkaridə isə 1 əsgər həyatını itirib.
Eyni zamanda, Vanın Çaldıran rayonunda, Tendürek bölgəsində aparılan əməliyyatlar nəticəsində 9 terrorçunun məhv edildiyi bildirilir.
Anadolu agentliyinin yaydığı digər xəbərə görə, İraqın şimalındakı Metina bölgəsində terror hazırlıqları apardıqları təsdiqlənən daha 3 terrorçu havadan endirilən zərbələrlə zərərsizləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB