Heç kim unudulmur, heç nə yaddan çıxmır…

Heç kim unudulmur, heç nə yaddan çıxmır…

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar müharibə veteranları ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, tədbir iştirakçıları Sabunçu qəsəbəsində yerləşən 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış "Qardaşlıq məzarlığı"na gül-çiçək dəstələri düzüblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov alman faşist işğalçılarına qarşı müharibədə ön və arxa cəbhədə xalqımızın oğul və qızlarının göstərdiyi igidlik nümunələrindən və əldə edilən qələbədə böyük pay sahibi olmağı barədə danışıb.

Çıxış edənlər faşist ordusu ilə döyüşlərdə 130 Azərbaycan əsgərinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib və belə bir qələbənin Qarabağ uğrunda döyüşlərdə də qazanılacağı günün uzaqda olmadığını da bildiriblər.

Tədbir Bakıxanov qəsəbəsində veteranlar üçün təşkil edilmiş bayram süfrəsi ətrafında bədii-əyləncəli konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə