YAP Gənclər Birliyi “Sağlam Gələcək ” adlı velosiped turniri keçirib

YAP Gənclər Birliyi “Sağlam Gələcək ” adlı velosiped turniri keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkil etdiyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Sağlam Gələcək " adlı velosiped turniri keçirib.

SİA-nın verdiyi məlumata görə, keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 4 komanda (Nərimanov, Səbail, Xəzər, Suraxanı rayonları) finala vəsiqə qazanmış, daha sonra həmin komandalar final yarışında iştirak ediblər. Turnirin sonunda I yeri Nərimonov, II yeri Xəzər rayonu, III yeri isə Səbail rayon komandası tutub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə