UAK-ın Lvov vilayət təşkilatı hərbçi qadınları təbrik edib FOTOLAR
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatı Ukrayna Millətlər Assambleyası ilə birlikdə 8 Mart qadınlar günü münasibəti ilə Ukrayna Quru Qoşunları Akademiyasının 184-cü təlim mərkəzinin 300-dən artıq qadın hərbçilərini bayram konserti və hədiyyələrlə təbrik edib. SİA-nın verdiyi məlumata görə, Ukrayna Millətlər Assambleyasanın və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də tədbirə qatılaraq hərbiçi xanımları təbrik edib və hərbi təlim mərkəzinə qiymətli hədiyyələr təqdim edib.

Konsert proqramında Ukraynanın xalq artistləri Qurban Abbasov, Oleq Kulçiçski, "Budmo" qrupu və yumor ustası İqor İvankiv iştirak ediblər.

Tədbirin sonunda Ukrayna Millətlər Assambleyasının Ukraynanın Qərb vilayətlərindəki təmsilçisi, Azərbaycan diasporunun dostu Nataliya Mamedovaya Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyevin təbrik məktubu təqdim olunub.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət təşkilatının sədri Teymur Mamedov, təşkilatın gənclər şöbəsinin rəhbəri Şəhriyar Məhərrəmov və təşkilatın aktivistləri ilə Azərbaycan xaıqının ləyaqətli və fəxri övladı Ukraynanın əməkdar həkimi, hökumət idarəçiliyi üzrə elmlər namizədi, Lvov şəhəri Knyaz Lva adına 1 nömrəli xəstəxananın (hansı ki 2003-cü ildə reytinqdə "Ukraynanın ən yaxşı xəstəxanası" laueratı nominasiyasının qalibi olub) baş həkimi, Ukraynada aile səhiyyəsinin yaradıcısı, Ukraynada ilk amblator ailə müalicə poliklinikasının yaradıcısı Cemma Mamedovanı təbrik ediblər. Cemma Mamedovaya Azərbaycan Respublikasınln Ukraynadakı səfiri Azər Xudiyevin təbrik məktubu təqdim olunub.

Xatırladaq ki, 2008 ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı Mamedovlar ailəsi - ata Mamed Cəfərov və qızı Cemma Cəfərova ilə birlikdə prezidentə hər ikisi əməkdar həkim olaraq yeganə azərbaycanlı ailə kimi təqdim olunub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB