Arzu Nağıyev: “Yalan məlumat yayanlar məsuliyyət daşıyır” AÇIQLAMA
"Hər hansı xəbəri yaymadan öncə onun hansı məqsədlərlə edildiyini və hansı nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Dəfələrlə xəbərdarlıq olunub ki, Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş cəbhə ilə bağlı xəbərləri reytinq və ya saxta vətənpərvərlik naminə istər sosial şəbəkələrdə, istərsə də müxtəlif saytlarda yayımlamaq olmaz". Bunu SİA-ya açıqlamasında "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri cəbhə ilə bağlı məlumatlara xüsusi həssaslıqla yanaşmalıdırlar: "Dislokasiya yeri, hərbi texnikanın növləri, yerdəyişmələri və hərbi sahə ilə bağlı digər bu kimi məlumatlar düşmən üçün vacib informasiyadır. Ona görə belə informasiyaların yayılması qadağandır. Cəbhə bölgəsində övladları, qohumları olanlar var. Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş, yalan məlumatları yayaraq insanları aldatmaq olmaz. Hər bir məlumata emosiyalara uymadan, təmkinlə və məsuliyyətlə yanaşmaq lazımdır. Yalan məlumat yayanlar məsuliyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB