Azərbaycanda baş verən vulkan püskürməsi araşdırılır RƏSMİ AÇIQLAMA

Azərbaycanda baş verən vulkan püskürməsi araşdırılır RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə qeydə alınan vulkan püskürməsi ilə bağlı açıqlama yayıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, ötən gün Azərbaycan ərazisində 2 vulkan püskürməsi baş verib: "Fevralın 6-da Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi baş verib. Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb.

"Otman bozdağ" vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib. "Otman bozdağ" vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir".

AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə