"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı fevral ayından 6-dan 4-ə qədər azaldılıb.
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənskinin SİA-ya verdiyi məlumata görə, buna səbəb tələbatın az olmasıdır. "Sərnişinlərin sayı artarsa, tələbat yaranarsa, uçuşların sayı yenidən artırılacaq", - deyə AZAL rəsmisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB