YAP Əmlak Məsələləri Dövlət Komitəsinin hesabat yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi ilk partiya təşkilatının hesabat yığıncağı keçirilib. Yığıncaqda Əmlak Məsələləri Dövlət Komitəsinin Mərkəzi Aparatı və Bakı şəhəri üzrə ərazi şöbələrinin YAP üzvləri iştirak edib. SİA-ya verilən məlumata görə, iclası giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini, YAP Xətai rayon təşkilatının Şura və İdarə heyətinin üzvü Rüstəm Şahbazov açaraq gündəlikdəki məsələləri açıqlayıb. Sədr müavini nitqində ötən 20 il ərzində Yeni Azərbaycan Partiyasının Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində gördüyü işlərdən, o cümlədən sabit və sosialyönümlü iqtisadiyyatın bərqərar olmasından, vətəndaşların dinc və firavan həyatının təmin edilməsindəki rolundan bəhs edib. O, çıxışında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan Republikasının ictimai-siyasi həyatında özünəməxsus yeri və onun təsis etdiyi Yeni Azərbaycan Partiyasının yaranma tarixi barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyanın üzvləri respublikamızın həyatında, ölkə sənayesinin, kənd təsərrüfatının, nəqliyyat, tikinti, elm, səhiyyə, mədəniyyət, idman, maarif sahələri və digər sahələrdə özlərinin gərgin əməyi ilə fərqləniblər.
Həmçinin vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib. Sosial-iqtisadi tərəqqi sürətlənib, regionların və özəl sektorun inkişafında ciddi nailiyyətlər əldə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, dünya iqtisadiyyatına inteqrasiyasını da təmin edilib. Müxtəlif sosial yönümlü tədbirlərin və infrastruktur layihələrin həyata keçirilməsi uğurla davam etdirilir.
Qeyd olunub ki, hazırda iqtisadiyyatın mühüm istiqamətinə çevrilən dövlət əmlakının özəlləşdirilməsi sahəsində də mühüm yeniliklər edilib. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi prioritet hesab edilib.
Komitənin fəaliyyət sahələri üzrə görülmüş işlər və əldə edilmiş nailiyyətlərdən danışan sədr müavini zəruri tədbirlərin və yeniliklərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İclasda gündəlikdəki məsələlər müzakirə olunub. YAP Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi ilk partiya təşkilatının idarə heyətinin hesabatı dinlənilib. Təşkilatın idarə heyəti üzvlərinin seçilməsi və YAP üzvlüyünə qəbul məsələlərinə baxılıb. Səsvermə keçirildikdən sonra hesabatın qənaətbəxş hesab edilməsi, idarə heyətinin tərkibinin və nümayəndələrin seçilməsi, yeni üzvlərin qəbulu ilə bağlı qərarlar alınıb. Yığıncağın protokolu hazırlanıb və müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalandıqdan sonra iclas başa çatıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB