AMEA-da yeni kadr təyinatı

Azərbaycan Milli Elmlər Akademiyasında yeni kadr təyinatları həyata keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, Neft və Qaz İnstitutuna direktor müavini və elmi katibi təyin olunub.

Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə