"Quba rayon Məhkəməsində baş verən hadisə Ombudsman Aparatının nəzarətindədir". SİA-nın xəbərinə görə, məsələyə münasibət bildirən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, qurum ilkin olaraq Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə məktubla müraciət edib.
"Məktubda bildirdik ki, 10 yaşlı Nuray Əvəz qızı Bayramzadəyə qarşı kobudluq baş verib. Onun psixoloji durumu nəzərə alınmayıb. Bu hərəkətə yol verməklə qanunvericiliyin tələbləri pozulub. Biz İcra Baş İdarəsindən məsələnin araşdırılıb, nəticəsi barədə məlumat vermələrini xahiş etmişik. Bundan əlavə müvəkkilin tapşırığı əsasında Ombudsman Aparatının Quba rayon Regional Mərkəzininin nümayəndələri uşaq və xalası ilə görüş keçiriblər. Hazırda uşaq və xalası Alekseyevka kəndindədir. Biz onun xalası ilə də əlaqə saxladıq. Uşağın psixoloji durumu normal vəziyyətdədir. Onlara da bildirdik ki, hər hansı problem olsa qaynar xəttimizlə əlaqə saxlasınlar. Bu məsələ Ombudsmanın nəzarətindədir ".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən zorakılıq əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB