Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, muzey və YAP "Azərbaycan Tarixçiləri" ilk ərazi təşkilatı tərəfindən təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söz açıb: "1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin. Bu tarix dünya azərbaycanlılarının birliyi günüdür. Bütün dünyada yaşayan azərbaycanlılar bu günü böyük qürur və sevgi ilə qeyd edirlər".
Tədbirdə digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qəbul edilmiş qərarın nəticəsi olaraq qeyd edilən bu bayramın soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi-əxlaqi keyfiyyətlər aşıladığını vurğulayıblar. Tədbir bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB