Qərb Universiteti “Dizaynın müasir problemləri“ adlı konfransda iştirak edib FOTO
Qərb Universitetinin Dizayn kafedrasının müdiri Respublika elmi-praktiki konfransında çıxış edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetində "Dizaynın müasir problemləri" adlı I Respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda Qərb Universitetinin Dizayn kafedrasının müdiri Əliyeva Prəvanə "Dizaynın sosial aspektləri" mövzusunda çıxış edərək universitetin "Dizayn" fakültəsi haqqında məlumat verib.

Onun sözlərinə görə, Qərb Universitetində "Dizayn" fakültəsi 1996-cı ildən kadr hazırlığına başlayıb. Bu illər ərzində özünəməxsus yanaşmalarla fərqlənən Dizayn məktəbi formalaşıb.
Avropanın müxtəlif universitet və dizayn məktəblərinin məhşur dizaynerlərinin master-klassları tələblərə təcrübədə dəstək olub və onların peşəkar kadr kimi formalaşmasında əsas rol oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB