“İctimai davranış qaydalarının təbliğinə yaradıcı gənclərdən dəstək” FOTOLAR

“İctimai davranış qaydalarının təbliğinə yaradıcı gənclərdən dəstək”  FOTOLAR

Nizami rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Aysel Əliyevanın rəhbəri olduğu "İctimai Davranış Qaydalarının Təbliğinə Yaradıcı Gənclərdən Dəstək" layihəsi həyata keçirilib.

Bununla əlaqədar keçirilmiş layihənin açılış tədbirində çıxış edən Aysel Əliyeva deyib ki, gündəlik həyatda tez-tez ictimai davranış qaydaları ilə bağlı yaşanan problemlərlə üzləşirik: "Buna misal olaraq parklarda, ictimai nəqliyyatda və s. yerlərdə baş verən xoşagəlməz hadisələri qeyd edə bilərik. Sözsüz ki, bu kimi problemlərin yaşanması milli mənsubiyyətimizin, mədəniyyətimizin tam əksinə yönəlmiş və subyektin müstəqil fikri olduğundan sərt şəkildə müdaxilə edilməsi lüzumsuzdur".

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, ictimai davranış qaydaları pozulduğu halda qanunvericiliklə müəyyən olunan inzibati cəza növləri vardır. Lakin bəzi hallarda bu cəza növlərinin tətbiqi mümkün olmadığı üçün və ya ictimia davranış qaydalarının pozulmasının aşkar olunması gecikdiyi üçün bu formada problemin qarşısını almaq əngəllənir: "Məhz buna görə də, insanların maarifləndirilməsi üçün yeni metodların düşünülməsi vacidbir. Bu mənada həyata keçirilən layihə məhz bu istiqamətdə olub, yaradıcı gənclərin potensialından istifadə etməklə insanların maarifləndirilməsinə kömək məqsədini daşıyır".

Çıxışlardan sonra gənclər və yeniyetmələr arasında rəsm müsabiqəsinə start verilib, müsabiqənin şərtləri açıqlanıb.

Layihə çərçivəsində 30-dan artıq rəsm əsəri təqdim edilib. Təşkil olunmuş isə sərgi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Sərgilərin keçirilməsindən sonra iştirakçıların mükafatlandırılması mərasimi olub. Layihə iştirakçılarına sertifikatlar, hədiyyələr və bütün rəsm əsərlərinin yer aldığı kataloqlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə