"Büdcədən maliyyələşən hüquq məsləhətxanalarının yaradılmasına ehtiyac var"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı regionlarda sağlamlığı məhdud olan uşaqlar üçün mərkəzlərin yaradılması və onlar üçün inkülziv təhsil üzrə proqramlarının keçirilməsinə vəsaitin ayrılmasını təklif edib. SİA-nın xəbərinə görə. E. Süleymanova həmçinin sağlamlığı məhdud olan lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələrin dəstəklənməsinin vacibliyini də vurğulayıb
O bildirib ki, sağlamlığı məhdud olan lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələrin vəziyyəti narahatlıq yaradır: "Bəzən onlar bir çox hallarda imtahanları uğurla verir, lakin ödənişi ödəyə bilmirlər. Bu baxımdan düşünürəm ki, dövlət büdcəsindən ali məktəblərdə ödənişli təhsil alan I və II qrup əlillərə maliyyə ayrıla bilər".
Ombudsman çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlill olan şəxslərə sığorta məbləğinin ödənilməsi məsələsindəki problemlərin dövlət büdcəsi hesabına həllinin mümkünlüyündən danışıb.
E. Süleymaova hərbi xidmət illərində istifadə edilməyən məzuniyyət üzrə borcların çox olduğunu qeyd edib.
Müvəkkil çıxışında deyib ki, gələn ilin büdcəsində hərbi qulluqçuların müvəqqəti mənzil kirayə etməsinə ayrılan vəsait də heç bir dəyişiklik yoxdur: "Bu hal ailəli hərbi qulluqçular üçün böyük problemlər yaradır".
Çıxışının sonunda sərhədyani rayonlarda mövcud olan problemlərə toxunan E. Süleymanova vurğulayıb ki, sözügedən bölgələrdə tibbi, psixoloji, sosial xidmətlər yaradıla bilər: "Bundan əlavə, aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla Bakıda, rayonlarda və ya böyük şəhərlərdə dövlət büdcəsindən maliyyələşən, ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarına böyük ehtiyac var. İnanıram ki, sadalanan məsələlər Maliyyə Nazirliyi tərəfindən baxılacaq, tədricən bu təkliflər həyata keçiriləcək ki, bu da bir çox narazılıqların aradan qaldıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB