Pakistanın nüfuzlu "LeadPakistan" qazetində və internet səhifəsində "Azərbaycanın uzaqgörən rəhbərliyi" adlı məqalə dərc olunub. Məqalədə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ili ərzində Azərbaycanın geniş sosial-iqtisadi nailiyyətlərə imza atdığı, siyasi sabitliyi və dayanıqlığı qoruyub saxladığı qeyd olunur. Məqalədə bu cür sosial-iqtisadi inkişafın əldə olunmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm rolunun olduğu bildirilir.
Məqalədə bir çox beyin mərkəzlərinin, işçi qruplarının, valyuta agentliklərinin, maliyyə institutlarının son hesabatlarının Azərbaycanın həyata keçirdiyi uğurlu sosial-iqtisadi, praqmatik xarici siyasəti, ticari diplomatiyası, aktiv cəmiyyəti, siyasi yetişkinliyi haqqında yazdığı qeyd olunur, Azərbaycanın 1918-ci ildə hətta Amerikadan da qabaq qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olduğu bildirilir. Məqalədə qlobal iqtisadi tənəzzülün baş verməsinə baxayaraq Azərbaycan Hökümətinin qəbul etdiyi çoxsaylı sosial-iqtisadi və digər proqramlar əsasında Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin daha əlverişli şəraitə çatdığı və çoxşaxələndiyi qeyd olunur. Məqalədə həmçinin, Azərbaycanın insan hüquqlarının qorunması, demokratiya və şəffaflığın təmin olunmasındakı səylərinin dünyada yüksək qiymətləndirildiyi, Azərbaycanın müsəlman ölkəsi kimi sülh, harmoniya və tolerantlığın modeli olduğu qeyd olunur. Məqalədə Azərbaycanın güclü rəhbərliyinin apardığı siyasət nəticəsində Azərbaycanın möcüzəli nailiyyətlər əldə etdiyi, iqtisadiyyatını, qanunvericiliyini, cəmiyyətini, xarici siyasətini, təhsil, sənaye, ixrac və digər potensiallarını kökündən yeniləməklə böyük uğurlara imza atdığı qeyd olunur. İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın enerji mərkəzinə, regional iqtisadi məkana, dünya və region ölkələri arasında körpüyə çevirildiyi, Azərbaycanın tolerant və şovinizmdən kənar cəmiyyətə malik, bütün təhlükələri dəf etməyə qadir olan güclü orduya, yüksək təhsilə, praqmatik xarici siyasətə, xarici və yerli investorlar üçün azad ticarətə nail olan ölkə olduğu bildirilir. Məqalədə həmçinin Azərbaycan-Pakistan əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və Benazir Bhutto tərəfindən qoyulduğu, hər iki ölkənin hazırkı rəhbərliyinin isə bu səmimi dostluq və qardaşlıq əlaqələrin daha da inkişafına öz tövhəsini verdiyi, Azərbaycan və Pakistanın daim bir-birini dəstəklədiyi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB