5520 ədəd siqaret aşkar edilib FOTOLAR

5520 ədəd siqaret aşkar edilib FOTOLAR

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan "NAZ Lifan" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə