"Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” Beynəlxalq konfrans - SƏS TV

"Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” Beynəlxalq konfrans - SƏS TV

Bu gün Bakı şəhərində "Gənclərin inkişafında qeyri-formal təhsilin rolu" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. SIA-nın xəbərinə görə, konfrans Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün "Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası"nın 2016-2017-ci illərə dair Tədbirlər Planının 1.1 yarımbəndinə uyğun olaraq, həyata keçirilir. Tədbirdə ilk çıxış edən gənclər və idman nazirinin müavini Intiqam Babayev bildirib ki, tədbir MDB gənclərinin bir araya gəlməsi əməkdaşlıq cəhətdən müsbət rola malikdir. Onun sözlərinə görə, bu kimi konfranslar MDB ilə əlaqələrin inkişafına da müsbət təsir göstərir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən danışıb. Konfransda Qazaxıstanın dinlərlə iş və vətəndaş cəmiyyəti üzrə vitse-naziri Abzal Nukenov çıxış edərək barədə Qazaxıstan ilə MDB arasında gənclər sahəsində sıx əməkdaşlıqdan danışan A.Nukenov ölkəsində həyata keçirilən mədəni və sosial layihələr barədə qonaqları məlumatlandırıb. MDB İcraiyyə Komitəsinin şöbə müdiri Tatyana Kovalyeva Azərbaycanda gənclər sahəsində qazanılan uğurları yüksək qiymətləndirib və ölkəmizin bu sahədəki modelinin digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıb. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev fondun fəaliyyətindən danışaraq MDB gənclərinin əməkdaşlığının önəmindən söz açıb. O çıxışında konfransın işinə uğurlar arzu edib. Daha sonra konfransda gənclər çıxış edib müxtəlif mövzular üzrə müzakirələr davam etdirilib. Qeyd edək ki, konfrans işini sabah da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə