Bu gecədən etibarən Bakıda sulu qar yağacaq Açıqlama

Bu gecədən etibarən Bakıda sulu qar yağacaq Açıqlama

"Hazırda müşahidə olunan hava şəraiti noyabr ayı üçün xarakterikdir. Əvvəlki illərdə də belə hava şəraiti müşahidə olunub". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, bəzi günlərdə havanın temperaturu iqlim normasına uyğun, bəzi günlərdə isə 2-3 dərəcə aşağıdır.

Bu gecədən etibarən paytaxtda sulu qar yağacağını deyən G.Məmmədova yağıntılı hava şəraitinin sabah da davam edəcəyini qeyd edib: " Bildiyiniz kimi artıq bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunmaqdadır. Bəzi yerlərdə yağış sulu qar və qara keçib. Qeyri sabit-hava şəraiti noyabrın 23-dək davam edəcək. Daha sonra hava yenidən mülayimləşəcək və yağıntı kəsiləcək".

Qeyd edək ki, sabah Bakıda və Abşeron Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə