Malena Mard: "Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir"
Azərbaycan zorakılığa qarşı mübarizə istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ümumiyyətlə ölkəmizdə bu problemlə əlaqədar keçirilən tədbirləri dəstəkləyirik". SİA-nın xəbərinə görə bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib. O bildirib ki, zorakılıq həm qadınlara, həm də kişilərə ziyan vurur. Bu, ailələri parçalayır və insanlarda aqressiya yaradır. Yaradılan qanunlar icra olunmalı, gender bərabərliyinin təminatı üçün mübarizə aparılmalıdır. Avropa Ittifaqı tərəfindən bu məsələlərlə bağlı xüsusi proqram qəbul olunub. Biz qadınlara qarşı zorakılıq məsələlərini açıq şəkildə müzakirə edib, tədbirlər keçirməliyik. Hər kəs bu məsələdə fərdi məsuliyyətini daşımalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB