Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astroturizmin təşkili ilə əlaqədar mütəmadi görüşlərin, əmək kollektivlərinin peşə bayramlarının, Yeni il və Novruz gecələrinin, dini bayramların, yubileylərin və digər qeyri-elmi yığıncaqların keçirilməsi nəzərdə tutulur.
Rəsədxanadan verilən xəbərdə deyilir ki, buraya açıq kosmos gecələri, maraqlı elmi-populyar mühazirələr, elmi-populyar filmlər, astronomiya muzeyinə baxış və teleskoplarda kosmik obyektlərin müşahidələri daxildir. Turistləri qəbul etmək üçün təzə tikilmiş rahat kotteclər, qonaq evləri və müasir tipli geniş yeməkxana var.
Qeyd edək ki, astroturizmdən əldə olunan gəlirlər respublikamızda astronomiyanın inkişafı üçün nəzərdə tutulmuş Tusi Fondunun yaradılmasına yönələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB