Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova yeni filmə çəkilib. SİA-nın məlumatına görə, o, ötən gün M.K. Atatürkün ölümünün 78-ci illiyinə həsr olunan layihənin təqdimatında iştirak edib. Aktrisa "Veda" adlı filmdə Atatürkün bacısı Makbule xanımın obrazını canlandırıb.
Bu barədə M. Abbasovanın özü sosial şəbəkədə məlumat yayıb və təqdimatdan fotolar paylaşıb.
Əməkdar artist qeyd edib ki, ekran işi üçün məşhur Hollivud qrim ustaları ilə əməkdaşlıq ediblər.
Qeyd edək ki, filmin rejissoru Zülfi Livanelidir.





Əlaqə üçün E-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB