Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub. Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatlnda deyilir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Q.Qasımovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 25-nə təyin edilmiş iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə