ARGTMŞ-ın təşəbbüsü ilə gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə "ReTweet" kampaniyasına start verilib. SİA-nın məlumatına görə, "twitter" sosial şəbəkəsində təşkil olunan kampaniya çərçivəsində ARGTMŞ-ın idarə heyəti, katibliyinin üzvləri və üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən 26 sentyabr 2016-cı il tarixinədək referenduma dəstək məqsədi ilə maarifləndirici məlumatlar paylaşılır. İştirakçılar tərəfindən 10 gün ərzində (15 – 25 Sentyabr 2016-cı il) öz haştaqları qeyd olunmaqla "tweet"lər yazılır. 10 gün ərzində ən çox Azərbaycan üzrə trend top 5-ə düşən iştirakçı qalib seçilir, heç bir tweet trend top 5-ə düşmədikdə isə ən çox tweet və retweet edilmiş haştaqlar qalib seçiləcək. Günün trendi olan, yüksək maraq doğuran "tweet"-lər yazan iştirakçılar şəhadətnamə və kampaniyanın ən fəal iştirakçısı HP markalı noutbukla təltif olunacaq.
Qeyd edək ki, Kampaniyanın ilk günü "GoReferendum" haştaqı ilə yazılan tvitlər trend top 5-ə düşüb. Kampaniyada iştirak etmək istəyən gənclər www.retweet.nayora.az ünvanında qeydiyyatdan keçməklə kampaniyaya qatıla bilərlər.
Məlumat üçün qeyd edək ki, "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində ARGTMŞ-ın təşəbbüsü ilə "Creatweet" kampaniyası həyata keçirilmişdir. "Creatweet" Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü olan gənclər təşkilatlarının "Bakı 2015" 1-ci Avropa Oyunlarına onlayn dəstək məqsədilə keçirilib. 2 mərhələdən ibarət olmaqla təşkil olunan kampaniya çərçivəsində #Baku2015 və #RealBaku2015 haşteqləri ilə Avropa Oyunlarına dəstək məqsədi ilə oyunlar zamanı baş verən maraqlı anlar, oyunlar ərəfəsində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançılarımızın uğurları və başqa mövzuları əhatə edən tvitlər yazıblar. "Creatweet" adlı kampaniyası zamanı ARGTMŞ-ın komandası və üzvü olan Bakı, Gəncə, Quba, İsmayıllı və Şəki şəhərlərində fəaliyyət göstərən 21 gənclər təşkilatını təmsil edən 53 nəfər tərəfindən yaradılan haşteqlərlə (#Baku2015 haşteqi qeyd olunmaqla) Avropa Oyunlarına dəstək olaraq 128 457 tvit yazılıb. Ümumilikdə kampaniya çərçivəsində yazılan tvitlər 134 399 nəfərin profilində 14 700 819 dəfə görünüb. Kampaniya çərçivəsində yazılan tvitlər #Baku2015 haşteqi ilə yazılan bütün tvitlərin (606 647 tvit) 21,15% -ni təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB