Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Mixail Kindsqrab etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Mixail Kindsqrabı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB